PR mütəxəssisi

PR üzrə mütəxəssis ictimaiyyətlə əlaqələri necə qurmaq barədə məsləhət verən ekspertdir. O öz müştərisinin (rəhbərinin) və ya hər hansı layihənin ictimaiyyət üçün maraq kəsb edən cəhətlərini müəyyənləşdirməyə çalışır. PR-men öz müştərisinin davranışı ilə ictimaiyyətin ümid və arzuları arasında uyğunluq və ziddiyyətləri  aşkara çıxararaq,  müvafiq tədbirlər planı hazırlayır. O, müştərisinə məsləhət görür ki, ictimaiyyətin tələb və arzularına güzəştə getmək üçün davranış modelini dəyişsin. Əgər müştəri onun məsləhətlərinə əməl edib davranış modelini dəyişməyə razı olursa, PR-men hazırladığı plan əsasında müxtəlif üsullarla ictimaiyyətdə müştərisinin müsbət imicini yaradır. Plüralist cəmiyyətlər rəqabət cəmiyyəti olduğundan PR mütəxəssisi ictimaiyyəti inandırmağa çalışır ki, məhz onun müştərisi və ya onun layihəsi cəmiyyətin maraqlarına daha dolğun cavab verir. PR mütəxəssisi şəxsiyyət, təşkilat və ya ideya ilə ictimaiyyət arasında harmonik münasibətləri qurur, onları idarə edir və nəzarətdə saxlayır.


Ardı →

Təşkilatda PR şöbəsi və PR şirkətləri

İctimaiyyətlə əlaqəsini möhkəmlətmək istəyən təşkilat belə bir dilemma ilə qarşılaşır:


«Bunun üçün təşkilat daxilində xüsusi şöbə yaradıb oraya mütəxəssislər cəlb etməli, yoxsa bu işi PR üzrə ixtisaslaşmış şirkətə tapşırmalı?»
Tədqiqatçıların böyük əksəriyyətinin fikrincə, öz PR şöbəsinə malik olmaq təşkilat üçün daha münasibdir. Onlar bunun aşağıdakı üstünlüklərini görürlər:


  1. PR üzrə mütəxəssislər təşkilatın digər əməkdaşları ilə bir komandada işləyirlər;

  2. Mütəxəssislər təşkilatı yaxından tanıyırlar;

  3. Mütəxəssis saxlamaq təşkilat üçün iqtisadi cəhətdən daha sərfəlidir;

  4. Təşkilatın rəhbəri və istənilən əməkdaşı hər zaman müvafiq məsləhət ala bilər.

Ardı →

PR-ın tarixi haqqında

Alimlər yaxın keçmişdə yaranmış bir sıra fəaliyyət növləri kimi PR  fəaliyyətinin də köklərini uzaq keçmişdə axtarmağa çalışırlar. Onlar Qədim Şərqdə, Yunanıstanda, Romada, Çində baş vermiş bir sıra ideoloji və dini  hərəkatların ardıcıllarını, məsələn, xristianlığı yayan apostolları,  Maninin, Məzdəkin ardıcıllarını, sufiləri az qala ilk PR-menlər adlandırırlar.
Müasir PR-nin «sələfləri» kimi tədqiqatçılar aşağıdakı kommunikasiya növlərini qeyd edirlər:
— Antik ritorika
— Dini kommunikasiya
— Məhkəmə nitqləri
— Parlament nitqləri
— Kütləvi kommunikasiya
— Ədəbi kommunikasiya
— Reklam kommunikasiyası
Ardı →

Pablik rileyşnz nədir?

PABLİK RİLEYŞNZ (ingil. — Public Relations) NƏDİR?
Deyirlər ki, Şərqdə hökmdarlar öz həkimlərinə səhhətlərindən asılı olaraq məvacib verirdilər — həkimlər yalnız hökmdar sağlam olduğu vaxt üçün pul alır, o xəstələndikdə isə məvacibsiz qalırdılar. Buna görə də çalışırdılar ki, «qibleyi-aləmi» həmişə həkim nəzarəti altında saxlasınlar və xəstələnməyə qoymasınlar.


Pablik rileyşnz də müntəzəm tibbi profilaktika kimidir. Reklamdan fərqli olaraq, o, ardıcıl şəkildə cəmiyyətdə gedən prosesləri izləyir, proqnozlaşdırır və qabaqlayır. Əgər hansı səbəbdənsə təşkilatın cəmiyyətdə nüfuzu düşübsə, ən bahalı reklam kampaniyası belə onun nüfuzunu qaldıra bilməz, lakin ağıllı düşünülmüş PR metodları ilə vəziyyəti sabitləşdirmək olar (bax: fəsil II, «İctimaiyyətlə əlaqədə ünsiyyət böhranı»). Bununla belə, PR fəaliyyətinin daim mövcud olduğu subyektlərin nüfuzunun kəskin şəkildə düşməsi ehtimalı çox azdır.


Ardı →

İctimaiyyətlə əlaqələr lazımdırmı?

Uzun illər işlədikdən sonra bir də ətrafa diqqət yetirib görürsünüz ki,  sizin təşkilatınız artıq cəmiyyətdə və ya onun müəyyən dairələrində kifayət qədər tanınıb, lakin heç də hamı tərəfindən birmənalı qarşılanmır. Çoxları sizə hörmətlə yanaşır, lakin rəqiblər və bəzi «ağzıgöyçəklər» çalışırlar ki, sizin təşkilatınız və şəxsiyyətiniz haqqında pis fikir yaratsınlar, xoşagəlməz şaiyələr yaysınlar.


Belədə qarşınızda iki yol durur: birincisi, heç nəyə əhəmiyyət vermədən əvvəlki kimi vicdanla çalışmaq, necə deyərlər, xalqa xidmət etmək və inanmaq ki, «xalqın gözü tərəzidir»; ikincisi, təşkilatın imicini qorumaq və qaldırmaq üçün tədbirlər hazırlayıb həyata keçirmək — yayılan və  yayıla biləcək şaiyələrin mənbəyini araşdırmaq, onların cəmiyyətdə hansı təsirlər doğura biləcəyini proqnozlaşdırmaq, əməkdaşların təşkilatda davranış qaydalarını müəyyənləşdirmək, iş prosesində əlaqədə olduğunuz işgüzar dairələri özünüz haqqında mümkün qədər çox məlumatlandırmaq və s.


Ardı →

Mətbuat konfransı

Təcrübi olaraq hər hansı təşkilat vaxtaşırı mətbuat konfransları keçirir.
Firma özünü doğrultmaq və ya onun üçün əlverişsiz şərait yarandığı zaman izahat vermək üçün, məsələn, onun günahından istehsalatda baş vermiş qəzadan ətraf mühitə zərər dəydikdə, istehlakçı üçün buraxdığı məhsulun zərərli olması aşkarlandıqda və.s. hallarda mətbuat konfransı çağırır.
Hökumət nümayəndələri də mətbuat konfransları təşkil edirlər. Şəhər hakimiyyəti orqanları şəhər icra başçısına mətbuat işçilərinin suallarına cavab vermək və həmin anda xalqa nəyinsə barədə sözlərini çatdırmaq imkanı yaratmaq üçün mətbuat konfransı keçirə bilərlər. O, işə muzdla götürmə siyasətini başa sala, mətbuat nümayəndələrini yeni açılan kitabxananın açılış mərasiminə dəvət edə bilər və s.
Davamı →